Sevgilinizlə Yükləməli Olduğunuz Tək Tətbiq: DareMate Haqqında Hər Şey ❤️

 



WhatsApp, Telegram, İnstagram... Bütün günü bu tətbiqlərdəyik. Amma sevdiyimiz insanla danışarkən həmişə "daha özəl" bir məkana ehtiyac duyuruq. Elə bir məkan ki, orada həm əylənək, həm dərdimizi bölüşək, həm də birlikdə nələrsə edək. Məhz bu ehtiyacdan yola çıxaraq qarşınıza möhtəşəm bir tətbiqlə gəlmişəm: DareMate.

DareMate Nədir?

Bu tətbiq cütlüklər üçün nəzərdə tutulmuş mini rəqəmsal dünyadır. O, bizi standart yazışmalardan xilas edib münasibətlərə oyun və interaktivlik qatır. Reklam falan yoxdur, tamamilə əyləncəyə fokuslanıb!

Ən sevdiyim funksiyaları nələrdir?

  1. "Bu gün nə edək?" Çarxı: Həftəsonu gəlib, amma hara gedəcəyinizi bilmirsiniz? İkiniz də öz istəklərinizi çarxa yazırsınız və proqram sizin yerinizə təsadüfi birini seçir. Mübahisəyə son! 😂

  2. "Trip" Özəlliyi (Yalnız Qadınlar Üçün!): Bəli, düz oxudunuz. Sevgilinizlə dalaşmısınız? "Trip" düyməsini basırsınız və o, sizə mesaj yaza bilmir. Siz əsəbinizi soyudana qədər tam sakitlikdir.

  3. Birlikdə Vaxt Keçirmək: Proqramın daxilində eyni anda film izləyə, musiqi dinləyə və mini oyunlar (məsələn, Tic-Tac-Toe, Block Blast) oynaya bilərsiniz.

  4. Hər Şey Bir Yerdə: "Bugün başıma nələr gəldi" tipli gündəliklər, o biri tərəf üçün gizli notlar buraxmaq, xüsusi günlərin təqvimi, hətta anlıq lokasiya paylaşımı — hamısı DareMate-də var.

Gələcəkdə Nələr Olacaq? Hələlik Android-də olsa da, iOS və Web versiyaları yoldadır. Ən maraqlısı isə odur ki, gələcək güncəlləmələrdə tətbiq daxilində partnyorumuzla birlikdə virtual heyvan böyüdə biləcəyik (bəli, rəqəmsal pişik və ya it!). Tətbiq yavaş-yavaş cütlüklər üçün xüsusi bir sosial şəbəkəyə çevrilir.

Əgər siz də partnyorunuzla vaxtınızı daha rəngarəng etmək istəyirsinizsə, mütləq yükləyin və yoxlayın: 🔗 DareMate-i Play Store-dan Yüklə

Siz bu tətbiqin hansı funksiyasını daha çox bəyəndiniz? Şərhlərdə gözləyirəm!

Comments